Çıxışlar və media

Media və müsahibələr

Nərmin Məcid xərçəngin profilaktikası, müalicəsi və Almaniyada həkimlik təcrübəsi barədə müsahibələr verir, həmkarları ilə maarifləndirici videolar hazırlayır. Aşağıda videolar, müsahibələr, podkastlar və yazılar tarixləri ilə verilib.

Videolar

Videolar YouTube-dan yüklənir. Razılıq vermədən videonu YouTube-da aça bilərsiniz.

ICAMS | Almaniyada Onkologiya — Dr. Nərmin Talıbova

ICAMS DophaTonine1 saat 36 dəq

YouTube-da açın

Gənc Həkimlər Yolüstündə. Dr. Nərmin Talıbova ilə müsahibə

Dr. Narmin Talibova43 dəq

YouTube-da açın

Napoleon və mədə xərçəngi

Dr. Narmin Talibova2 dəq

YouTube-da açın

Xərçəng xəstələrində öncəlik düzgün diaqnostika və müalicədir

DHA Baku Projects32 san

YouTube-da açın

Xərçəng xəstəliyi I Dr. Nərmin Talıbova

Sağlam Yaşa1 dəq 37 san

YouTube-da açın

Müsahibələr və podkastlar

  • AzNews müsahibəsi (2026). Mövzular: xərçəng son illərdə doğrudanmı bu qədər artıb; ailədə xərçəng varsa, genetik test mütləqdirmi; "möcüzəvi" alternativ müalicələr nə zaman təhlükəyə çevrilir. Əsas mesaj: xərçəngdən qorxmaq yox, onu düzgün tanımaq vacibdir.
  • ESO Voices podkastı (2025), 2 bölüm — ESO səfirləri ilə.
    • 1-ci bölüm: niyə onkologiyanı seçdiniz; ölkənizdə onkologiya təhsili necə qurulub; aşağı və orta gəlirli ölkədə onkoloq kimi işləməyin üstünlükləri və çətinlikləri; yüksək gəlirli ölkələrdən fərqlər.
    • 2-ci bölüm: aşağı və orta gəlirli ölkələrdə beyin axınının qarşısını necə almaq; gənc onkoloqlar mentoru necə tapsın; ESO səfiri kimi planlar; karyeranın əvvəlinə qayıtsaydınız, özünüzə hansı məsləhəti verərdiniz.
  • Türk Dövlətləri Onkoloqlarının I Konqresindəki məruzənin videosu (2025).
  • Dermatoonkoloq Dr. Günel Əsədova ilə melanoma və dəri xərçəngi seriyası (2025, Bakı): FotoFinder cihazı ilə dərinin xəritələnməsi və süni intellektin dermatologiyada rolu; Azərbaycanda dəri xərçəngi skrininqi; melanoma ilə adi xalın fərqi; xala toxunmaq və xalı kəsmək təhlükəlidirmi; melanomada adyuvant immunoterapiya; melanomada 5 illik sağqalım və erkən diaqnoz; erkən mərhələli xəstələrin niyə tibbi onkoloqa yönləndirilməli olduğu; gündəlik həyatda dərini qorumaq.
  • Mammoloq Dr. Elgül Əsgərova ilə süd vəzi xərçəngi seriyası (2026): süd vəzi sağlamlığı podkastı (erkən aşkarlama, risk faktorları, müayinələr); cərrah və tibbi onkoloq müzakirəsi; süd vəzi xərçəngi müalicəsində yeniliklər; "Tanışım kimyaterapiya almadı, mənə niyə təyin olunur?"; kimyaterapiya qorxusunun müalicəyə təsiri; süd vəzi və genetik müayinə; erkən mərhələdə düzgün göstərişlə aparılan əməliyyatın əhəmiyyəti.
  • Bob Marleyin xərçənglə mübarizəsi haqqında video.

Yazılar və hesabatlar

  • "From Azerbaijan to America: IDEA Recipient Learns From Top Cancer Centers, Leaders in the Field" — ASCO Connection, 28.07.2016 (müəllif: Narmin Talibova). Yazının çap variantı The ASCO Post-da 10.02.2017-də dərc olunub.
  • "IDEA: The First Life-Changing Moment of My Oncology Career in Azerbaijan" — ASCO Connection, 13.04.2022 (müəllif: Narmin Talibova).
  • "ASCO Multidisciplinary Cancer Management Course in Azerbaijan" — The ASCO Post, 25.03.2019 (kursun yerli rəhbəri kimi adı çəkilir).
  • ONS xəbəri — Azərbaycanda ilk beynəlxalq onkologiya tibb bacıları konfransı (2018); təşkilatçıların təşəkkür etdiyi şəxslər arasında.
  • ESMO Integration Fellowship hesabatı — ESMO saytı (2021).
  • "Dr. Richard Goldberg Hosts Doctor from Azerbaijan, Spreading The James' Innovation" — Ohayo Dövlət Universitetinin Kompleks Xərçəng Mərkəzinin bloqu, 13.07.2016 (IDEA çərçivəsindəki səfəri haqqında).
  • "Yol yoxdursa, öz yolunu sal" — LinkedIn paylaşımı (2026, müəllif: Narmin Talibova); Azərbaycan dilinə tərcüməsi Hekayəm səhifəsindədir.

Vebinar videosunu izləyin

Saytda axtarış